“Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər” Şeyx əsəbləşdi

“Əhli-beyt adından istifadə edib təxribatlar törədirlər”


“Bu gün Suriyada faktiki olaraq qardaş qırğını gedir. Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur”. APA-nın məlumatına görə, bunuQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhəmməd (s) peyğəmbərin mövludu ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər: “Bu, məni üzür. Son vaxtlar Əhli-beyt adından da istifadə edib, qırğınlar, təxribatlar törədirlər. Əlbəttə biz Əhli-beyt deyəndə fərq qoymuruq. Bütün müsəlmanlar elə Əhli-beyt aşiqidir. Bizim üçün əsas insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməsi lazımdır. Bu qırğınları lənətləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
832 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...