Prokuror Afiəddin Məmmədova 10 il iş istədi
Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Gundeminfo.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı çıxış edərək Afiəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses yanvarın 14-də davam etdiriləcək.
Qeyd edək ki, İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
A.Məmmədov ittihamları qəbul etmir və olanları siyasi fəaliyyəti ilə əlaqələndirir.
62 dəfə oxundu