"Özsüt"də müştəriləri aldadırlar? - ŞİKAYƏT

"Özsüt"də müştəriləri aldadırlar? -
Bakıda yerləşən "Özsüt" restoranının "Molokan bağı" filialında müştəriyə təqdim olunan dondurma porsiyası ilə bağlı narazılıq yaranıb.

Bakupost.az xəbər verir ki, müştəri Raşin Sədullayevin paylaşdığı məlumata görə, menyuda "3 top" olaraq göstərilən dondurma, sifariş zamanı cəmi "1 top" olaraq təqdim edilib.

R.Sədullayevin sözlərinə görə, məsələ ilə bağlı iradını bildirdikdə ofisiant cavabında dondurmanın 40 qramının qiyməti əsasında təqdim olunduğunu deyib:

"Amma bu, menyuda qeyd olunmayıb", - deyə şikayətçi qeyd edib.

Sonda ofisiant müştəridən "Hər şey qaydasında idimi?" deyə soruşduqda, R.Sədullayev təkrar narazılığını ifadə edib və restorana çağırılan supervayzerə də məsələ izah olunub:
"Özsüt"də müştəriləri aldadırlar? -

“Normalda bu cür hallarda üzr istənilər. Ancaq burada elə bil mən müdirəm, səhvlərini deyirəm, onlar da "oldu, düzəldərik" deyib uzaqlaşırlar."

Məsələ ilə bağlı “Özsüt” restoranlar şəbəkəsi ilə əlaqə saxladıq. Sözügedən filialın Kamran adlı şöbə rəhbəri Bakupost.az - a açıqlamasında menyuya səhv şəkil qoyulduğunu bildirdi:

"Mən həmin bəylə dünən özüm danışmışam. Bizdə sistem üzərindən menyu yenilənməsi gedir. Ora səhv şəkil qoyulmuşdu. Mən həmin bəyə yaxınlaşıb dedim ki, ora səhv şəkil qoyulub, İT əməkdaşları ilə danışmışıq, həmin şəkli oradan yığışdırıblar.Bizdə 1 dondurma topunun qiyməti 2 manat 80 qəpikdir. Biz burada heç bir müştərini aldatmırıq, heç bir müştərinin cibinə girmirik. Müştəri ilə üzbəüz danışmışam, müştəri dedi ki, “Aydındır, başa düşdüm. Tez bir zamanda bu şəkli düzəltsəniz, yaxşı olar.” Elə həmin bəy deyəndən 1 saat sonra bizim İT mütəxəssislər həmin şəkli ümumiyyətlə sistemdən yığışdırdılar. Dondurmaların çəkilişi olandan sonra ora 1 top olaraq qoyulacaq."



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...