Qazaxda DƏHŞƏT! Diş müalicəsindən sonra 45 yaşlı kişi öldü - Həkimlərin lisenziyası yox imiş /İDDİA

Qazaxda DƏHŞƏT! Diş müalicəsindən sonra 45 yaşlı kişi öldü -
Qazax rayonunda dəhşətli hadisə baş verib.

32gun.az-a daxil olan məlumata görə, 1980-ci il təvəllüdlü, 45 yaşlı Elmar Daşdəmirov iyunun 1-də dünyasını dəyişib.

İddia olunur ki, E.Daşdəmirov ölümündən öncə Qazax rayonunun Çaylı kəndində fəaliyyət göstərən, ata-oğul – Şəhadət və Bahadır adlı diş həkimlərinin qəbulunda olub. Məlumata görə, Daşdəmirov əvvəlcə diş problemi ilə onların qəbulunda olub. Daha sonra həmin diş infeksiyalaşıb və şiş verib. Bu səbəbdən o, yenidən həmin şəxslərə müraciət edib. Ata və oğul ona antibiotik və digər dərman vasitələri təyin edərək resept veriblər.

Araşdırmalarımız zamanı məlum olub ki, adıçəkilən şəxslərin heç birinin tibbi diplomu və lisenziyası yoxdur. Onlar təhsillərini xaricdə aldığını iddia etsələr də, bu barədə heç bir rəsmi sənəd təqdim etməyiblər. Həmin şəxslərin diş həkimi kimi fəaliyyət göstərməyə hüquqları yoxdur və resept yazmaq səlahiyyətləri də mövcud deyil.

İddialara görə, verilən resept əsasında Elmar Daşdəmirova iynə vurulub. Onun yaşadığı Fərəhli kəndində iynəni məntəqə müdiri vurub və bundan sonra Daşdəmirov dünyasını dəyişib.

Hadisə ilə bağlı Fərəhli kənd icra nümayəndəsi Nəsimi Vəliyevlə əlaqə saxladıq. O, Elmar Daşdəmirovun ölüm faktını və ondan öncə həkim qəbulunda olduğunu təsdiqləyib. Lakin ölüm səbəbi ilə bağlı dəqiq məlumat verə bilmyib. İcra nümayəndəsi həmçinin qeyd edib ki, kənddəki tibb bacısı Elmar Daşdəmirova heç bir iynə vura bilməyib. O dünyasını dəyişib.

İcra nümayəndəsi iddia edir ki, onun ürəyində problem olub. Lakin o, nə tibb bacısının adını açıqlayıb, nə də həmin şəxsin E.Daşdəmirovu hansı tibb məntəqəsində və ya evdə qəbul etdiyini dəqiqləşdirə bilib.

Hadisə ilə bağlı araşdırmalar davam aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...