Türkiyə Azərbaycanda neft idxalını - 5 DƏFƏ AZALDIB

Türkiyə Azərbaycanda neft idxalını -
Azərbaycandan bu ilin yanvar-avqust aylarında Türkiyəyə cəmi 65 min 361 ton neft ixrac edilib.

Gundeminfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyəyə ixrac edilmiş neftin dəyəri isə 30,3 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 248,9 min ton (4,8 dəfə), dəyərində isə 142,9 milyon dollar (5,7 dəfə) azalma baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Türkiyəyə 173,2 milyon dollar dəyərində 314 min 288 ton neft ixrac etmişdi.

Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Türkiyəyə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 788 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 149 manat (15,9%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 937 manata bərabər olub.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Türkiyə 2025-ci ildə 18-ci, 2024-cü ildə isə 11-ci yerdə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...