Yeyintiyə görə işdən qovulan səfir, XİN-də işə düzəlib?
Səfirlikdən qovulub, nazirliyə işə düzəldi. Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, adı korrupsiya qalmaqalında hallanan Azərbaycanın İraqdakı keçmiş səfiri Nəsir Məmmədov yeni vəzifəyə təyin olunub.
Bildirilir ki, N.Məmmədov Xarici İşlər Nazirliyində Yaxın Şərq və Afrika idarəsində rəis müavini vəzifəsinə təyin edilib. 2023-cü ildə Azərbaycanın Bağdaddakı səfiri təyin edilən Nasir Məmmədov keçən ilin dekabrında geri çağırılıb.
Həmin vaxt media yazırdı ki, Azərbaycanın İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in köməyi ilə 500 dollara viza satdığı iddia edilirdi.
Nasir Məmmədov 2018-ci ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini olmuş Natiq Məmmədovun oğlu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkənidir.
Məlumatla bağlı XİN-dən rəsmi münasibət öyrənmək mümkün olmadı.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
103 dəfə oxundu