Rza Zərrabın bacısının ərinin “Baku Electronics”ində MÜŞTƏRİNİ ALDATDILAR: 2 aylıq...

Rza Zərrabın bacısının ərinin “Baku Electronics”ində MÜŞTƏRİNİ ALDATDILAR:
"Baku Electronics" mağazasından iyul ayında 2 ədəd "Bosh" markalı kondisioner alan Vüsalə adlı müştəri şirkətin xidmətindən narazılığını bildirib.

32gun.az xəbər verir ki, onun sözlərinə görə, kondisionerlərdən biri normal işləsə də, digəri fanında səs problemi yaradır.

Şikayətçi qeyd edib ki, servisə müraciət etməsinə baxmayaraq, əməkdaşlar problemin səbəbini araşdırmadan barabanın yuyulmalı olduğunu bildiriblər. Vüsalənin iddiasına görə, məhsul cəmi 2 ay işlədiyi halda belə nasazlıq yaranması keyfiyyətin zəif olduğunu göstərir.

Müştəri həmçinin servis əməkdaşlarının kobud davrandığını və peşəkar olmadığını vurğulayıb. Onun sözlərinə görə, yerində baxış zamanı səbəb aydınlaşdırılmadan 25 AZN ödəniş tələb olunub ki, bu da istehlakçı hüquqlarına ziddir.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı video və fotoları ictimaiyyətlə bölüşəcək.

*

Bildirək ki, 9 fevral 2001-ci ildə dövlət qeydiyyatına alınan "Baku Electronics” MMC-nin nizamnamə kapitalı 15 milyon 146 min 300 manat təşkil edir.

MMC-nin qanuni təmsilçisi Saeid Nakhjavanıdir.

*

Onu da bildirək ki, "Baku Electronics” MMC-nin sahibi 1988-ci ildən Türkiyədə fəaliyyət göstərən "NAB Holdinq” şirkətidir.

(Aşağıdakı Fotoda olan şəxs Behram Eromidir)
Rza Zərrabın bacısının ərinin “Baku Electronics”ində MÜŞTƏRİNİ ALDATDILAR:

NAB Holding'in Zirvesinden: “NAB'ER Hepimizin Dergisi Olacak.” #1 - NAB Holding Haberleri - NAB'ER Dergisi

Yerli mediada gedən məlumatlara görə, "NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir.

Hazırda 35%-lik pay ilə "Bank of Baku”nun ən böyük səhmdarı "NAB Holdinq”dir.

Qeyd edək ki, Türkiyə mətbuatında "NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...