İki şirkətin rəhbərinə “stop” qoyuldu

İki şirkətin rəhbərinə “stop” qoyuldu


“Arsenal Center” və “Bafoni” şirkətlərinin rəhbərinə “stop” qoyulub.

Valyuta.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, “Arsenal Center” və “Bafoni” şirkətlərinin rəhbəri Cabbarova Reyhan Hafiz qızının dövlət büdcəsinə 3095 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək şirkət rəhbərinə “stop” qoyulmasını xahiş edib.

“Arsenal Center” MMC 2010-cu ildə, “Bafoni” şirkəti isə 2017-ci ildə qeydiyyata alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...