Heydərovlara bağlı olan məşhur şirkətin 83 min manat vergi borcu yaranıb
Hüquqi ünvanı Yevlax şəhər, Nizami ev 5-ci dalan 1-də yerləşən “CNR Leather” MMC-nin (VÖEN – 1400671231) dövlət büdcəsinə 82 min 841 manat 93 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 4 milyon 325 manat olan “CNR Leather” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, MMC dövlət qeydiyyatına alınan zaman adı “Gilan Dəri” olub. “Gilan Dəri” ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”ə bağlı olub. “Gilan Holding”ə isə fövqaladə hallar naziri Kəmaləddin Heydərovun övladları rəhbərlik edib. “Gilan Dəri” daha sonra adını dəyişərək “A.C.E. Dəri” MMC olub.
Onu da bildirək ki, vaxtilə “Gilan Dəri” MMC-nin qanuni təmsilçisi hazırda “Abşeron Ticarət Mərkəzinə” rəhbərlik edən Arzu Rəhimov olub. Arzu Rəhimov əvvəllər Nizami rayonunda yerləşən və böyük yanğın hadisəsinin baş verdiyi “Diqlas” ticarət mərkəzinə də rəhbərlik edib. Rəhimov "Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) qanuni təmsilçisi olub.
Eyni zamanda “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda – Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.
60 dəfə oxundu