Belarusda siyasi məhbusların yaxınları kütləvi həbs edildi
Yanvarın 23-də DTK (Dövlət Təhlükəsizlik Komitəsi – red.) zabitləri bütün Belarus ərazisində keçmiş siyasi məhbuslar və siyasi ittihamlarla məhkum olunmuş insanların yaxınları üzərində kütləvi axtarışlar aparıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Vyasna” insan haqları layihəsi məlumat yayıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, onlar bu gün axtarış keçirilən və ya saxlanılan ən azı 73 nəfərin adını bilirlər. Qeyd olunur ki, bəzi hallarda insanlar bütöv bir ailə ilə saxlanılıblar.
“Mediazona”nın yaydığı məlumata görə, saxlanılanlar arasında siyasi məhbus və prezidentliyə keçmiş namizəd Nikolay Statkeviçin həyat yoldaşı Marina Adamoviç və 76 yaşlı Vitebsk fəalı Boris Xamaida da var.
“Zerkalo” nəşrinin mənbəsi bildirib ki, yanvarın 23-də axtarışa verilənlər arasında siyasi məhbusların və keçmiş siyasi məhbusların qohumlarının gündəlik məsələləri müzakirə etdiyi qapalı söhbətlərdən birində olanlar da olub.
Axtarış əmrlərinə “ekstremist fəaliyyəti maliyyələşdirmə” və “ekstremist qruplarda iştirak” ilə bağlı cinayət maddələri daxil edilib. “Vyasna” və “Zerkalo”nun məlumatına görə, DTK əməkdaşları saxlanılanların bəzilərinə birbaşa bildiriblər ki, axtarışlar “INeedHelpBY” layihəsi ilə bağlıdır.
Qeyd edilir ki, bu təşəbbüs siyasi repressiyalardan əziyyət çəkən və çətin maliyyə vəziyyətinə düşmüş belaruslara ərzaq yardımı göstərmək məqsədi daşıyır. Yanvarın 16-da DTK bu layihəni “ekstremist birləşmə” elan edilib.
346 dəfə oxundu