“Stavropol diyarında terror aktı planlaşdıran Mərkəzi Asiya vətəndaşları saxlanılıb” – Rusiya FTX

“Stavropol diyarında terror aktı planlaşdıran Mərkəzi Asiya vətəndaşları saxlanılıb” –
Rusiyanın Stavropol diyarında terror aktının qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşının terror fəaliyyətinin qarşısını alıb”, - məlumatda deyilir.
Bildirilir ki, saxlanılan şəxslərdən yaşayış yeri üzrə kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
477 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...