Partlayışda həlak olan Rusiya generalı ilə bağlı ŞOK DETAL - Dünən...

Partlayışda həlak olan Rusiya generalı ilə bağlı ŞOK DETAL -
Bu gün Moskvada baş verən partlayışda həlak olan general İqor Kirillovla bağlı bəzi detallar məlum olub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, dünən Ukrayna Təhlükəsizlik Xidməti (UTX) İqor Kirillova qiyabi olaraq hərbi cinayətlərdə ittiham irəli sürüb.

İstintaqın məlumatına görə, Kirillov şəxsən Ukraynanın Müdafiə Qüvvələrinə qarşı kimyəvi silahın tətbiqi əmrini verib.

“Sözügedən vəzifəli şəxs işğalçı qüvvələrin Ukraynanın şərq və cənub cəbhələrində qadağan edilmiş kimyəvi silahların kütləvi istifadəsinə görə məsuliyyət daşıyır. Kirillovun əmri ilə müharibənin başlanğıcından bəri düşmənin kimyəvi sursatlardan 4,8 mindən çox istifadə halları qeydə alınıb”, - deyə UTX məlumat verib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi general İqor Kirillovun ölümünü təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
56 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...