Sərxoş halda Gəncədən Bakıya sərnişin daşıdı - Həbs edildi

Sərxoş halda Gəncədən Bakıya sərnişin daşıdı -
Baş DYP İdarəsinin YPX Alayı sərxoş vəziyyətdə avtobus idarə edən sürücünü saxlayıb.

Gundeminfo.az idarəyə istinadən xəbər verir ki, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən Gəncə şəhər sakini Mehman Məmmədovun idarə etdiyi avtobusu 9-cu tağımın əməkdaşları stasionar postda saxlayıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yarandığında onun tibbi müayinədən keçməsi təmin edilib.

Fakt təsdiqini tapdığı üçün sərnişinlərin gedişi təmin edilməklə sürücü barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, Mehman Məmmədov sürücülük hüququ 2 il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, M.Məmmədov “Mercedes” markalı avtobusla Gəncə-Bakı və geriyə istiqamətdə fəaliyyət göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...