“Suriyada baş verənlərin arxasında Türkiyə dayanır, Ərdoğan çox ağıllıdır” – Tramp
“Suriyaya daxil olanlar Türkiyə tərəfindən idarə olunub. Və bu yaxşıdır, bu mübarizənin başqa bir yoludur”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Suriyadakı vəziyyəti şərh edərkən mətbuat konfransı zamanı deyib.
“Yeri gəlmişkən, Türkiyə əsas gücdür. Ərdoğanla (Türkiyə Prezidenti Rəcəb Tayyib - red.) çox yaxşı yola gedirəm, amma onun böyük hərbi gücü var. Və o, müharibədən yorulmayıb. O, çox güclü ordu qurub”, - Tramp deyib.
ABŞ-nin yeni seçilmiş prezidenti deyib ki, Suriyada baş verənlərin arxasında Türkiyə dayanır:
“Ərdoğan çox ağıllı insandır. Onlar bunu min illərdir istəyirdilər və o, əldə etdi”.
Növbəti iğtişaşlardan narahat olub-olmaması ilə bağlı suala Tramp deyib: “Bölgədə son nəticənin nə olacağını heç kim bilmir. Finalda kimin hakim olacağını heç kim bilmir. Türkiyə olacağına inanıram. Türkiyə çox ağıllıdır, (Ərdoğan -red.) çox ağıllı oğlandır və çox sərtdir. Türkiyə çox insan itkisi olmadan planını həyata keçirdi”.
56 dəfə oxundu