Yeni yaradılan hər 3 müəssisə və təşkilatda cəmi 1 yeni iş yeri açılıb

Yeni yaradılan hər 3 müəssisə və təşkilatda cəmi 1 yeni iş yeri açılıb
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 69 min 587 yeni iş yeri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, yeni açılan iş yerlərinin 77,4%-i və ya 53 min 882-si paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, paytaxt Bakıda açılan yeni iş yerlərinin böyük əksəriyyəti – 95,2%-i və ya 51 min 303-ü mövcud müəssisə və təşkilatlarda açılıb.
Yeni iş yerlərinin 4,7%-i və ya 2 min 512-si yeni yaradılan müəssisə və təşkilatlarda açılıb.
Onu da bildirək ki, bu ilin ilk 9 ayında Bakıda 8 min 107 yeni yaradılan müəssisə və təşkilat qeydə alınıb. Bu isə o deməkdir ki, paytaxt Bakıda yeni yaradılan hər 3 müəssisə və təşkilatda cəmi 1 yeni iş yeri açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
85 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...