Rusiyada Ukrayna səfirliyi yumurta atəşinə tutulub

Rusiyada Ukrayna səfirliyi yumurta atəşinə tutulub


Etirazçı qrup 200 nəfərdən ibarət olub.Moskvada Ukrayna səfirliyi yumurta atəşinə tutulub. ANS PRESS-in məlumatına görə, etirazçı gənclərin sayı 200 nəfərdən çox olub. Etirazçıların Ukrayna səfirliyinin qarşısına toplaşmasına səbəb isə Rusiya vətəndaşlarının Odessada adıçəkilən ölkənin diplomatik konsulluğuna hücum etmələridir.

Gənclər səfirliyə gecə saatlarında hücum ediblər. Onlar binanın ərazisinə “yad cisimlər” və yumurta atmağa başlayıblar, daha sonra heç bir maneə ilə qarşılaşmadan ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, aksiya zamanı güc tətbiq edilməsi gərəkən münaqişəli vəziyyət yaranmayıb, polis heç kimi saxlamayıb. O əlavə edib ki, nə xüsusi təyinatlılar, nə də Rusiya qvardiyası hadisə yerinə gəlməyib.

“Hər şey ani, bir neçə dəqiqə ərzində baş verib. Bina mühafizəçiləri təmkinli davranıblar. Baş verənlərlə əlaqədar polisə müraciət edilməyib”, - deyə mənbə bildirib. Ukrayna və Rusiya arasında münasibətlər 2014-cü ildən sonra korlanıb. Rusiya həmin vaxt Krım yarımadasını ilhaq edib. Buna əsas kimi martın 11-də Krım Muxtar Respublikasının Ali Soveti tərəfindən qəbul edilən müstəqillik bəyannaməsi olub. Daha sonra Krım Muxtar Respublikası ilə Rusiya arasında ilhaq sənədi imzalanıb.

Krım Respublikası hazırda Rusiyanın nəzarətində olsa da dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Rusiya Ukrayna ərazisində qondarma Luqansk və Donetsk Respublikaları yaratmaqda ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...