Hillari Klinton 3,5 saat dindirildi
Ötən gün sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna faktiki namizəd Hillari Klinton “elektron poçt işi” üzrə Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən dindirilib.
Virtualaz.org RİA Novosti-yə istinadən xatırladır ki, Hillari Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən özünə məxsus şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb. FTB faktla bağlı ilkin istintaq aparır, lakin hələlik, Hillari Klinton barəsində cinayət işinin başlanmasına qərar verilməyib.
“Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən elektron poçtundan istifadə etdiyini könüllü şəkildə danışdı... İstintaqa hörmət baxımından o, bu barədə heç bir şərh verməyəcək”, - deyə siyasətçinin mətbuat katibi Nik Merril bildirib. Onun sözlərinə görə, FTB-nin mənzil-qərargahında aparılan sorğu-sual 3,5 saat davam edib.
CNN TV-nin məlumatına gorə, hüquq-mühafizə orqanları istintaq işlərini, Respublikaçılar və Demokratlar partiyalarının 18 və 25 iyulda keçiriləcək qurultaylarına qədər yekunlaşdırmaq istəyirlər. Ona gorə ki, Klintona qarsi ittiham irəli sürülərsə, Demokratlar partiyasi onun əvəzinə başqa birisinin namizədliyini irəli sürə bilsin.
841 dəfə oxundu