NATO Əfqanıstanda missiyasının müddətini daha bir il uzadıb

NATO Əfqanıstanda missiyasının müddətini daha bir il uzadıb


NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib. Baş katib deyib ki, Varşava sammitində “Qətiyyətli dəstək” missiyasının 2016-cı ildən sonra da davam etdirilməsinə qərar verilib. Onun sözlərinə görə, NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək.

Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər - 12 min əsgər saxlayacağını açıqlayıb. Y. Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək. Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...