ABŞ-da məhkəmə binasına silahlı hücum: 2 ölü

ABŞ-da məhkəmə binasına silahlı hücum:


Hadisəni törədən şəxs polis tərəfindən zərərləşdirilib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında məhkəmə binasına silahlı hücum olub. ANS PRESS-in məlumatına görə, Sent- Josef şəhərindəki insident zamanı 2 məhkəmə işçisi öldürülüb, daha bir nəfər isə (polis əməkdaşı) yaralanıb. Məlumata görə, basqını törədən şəxs artıq öldürülüb.

Miçiqan əyalət polisi "The Berrien" bölgə məhkəmə binasının hücumdan sonra bağlandığını bildirib. Yerli mətbuat 3 nəfərin öldüyünü yazıb. Verilən ilk açıqlamada şübhəlinin həbsxanaya aparılarkən polislərdən birinin silahını ələ keçirərək ətrafa atəş açdığı bildirilib. Hadisəni törədən şəxsin 44 yaşlı Larri Qordon olduğu məlum olub. İnsident bir neçə cinayətdə təqsirli bilinən 44 yaşlı kişi mühafizəçiləri öldürüb qaçmaq istəyəkən baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...