Maliyyə böhranı MDB İcraiyyə Komitəsini də vurdu

Maliyyə böhranı MDB İcraiyyə Komitəsini də vurdu

MDB İcraiyyə Komitəsinin əməkdaşlarının sayı maliyyə vəsaitlərinə qənaət edilməsi məqsədilə azaldılacaq.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.
"Maliyyə məsələləri bizi ixtisara məcbur edir. Büdcəmiz gərgindir", - deyə S.Lebedev çərşənbə axşamı Minskdə jurnalistlərə açıqlamasında qeyd edib.
O, neçə əməkdaşın ixtisara düşəcəyinə aydınlıq gətirməyib, amma ixtisarların cüzi olacağına və Birliyin orqanlarının fəaliyyətinə təsir etməyəcəyinə ümid etdiyini vurğulayıb.
Eyni zamanda S.Lebedev hazırda MDB İcraiyyə Komitəsinin xərclərinin optimallaşdırılması üzərində iş getdiyini sözlərinə əlavə edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...