Fransanın Türkiyədəki diplomatik nümayəndəlikləri bağlandı

Fransanın Türkiyədəki diplomatik nümayəndəlikləri bağlandı

Fransanın milli bayramı – Bastiliyanın alınması günü Türkiyədə qeyd edilməyəcək. “Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bununla bağlı Fransanın İstanbuldakı baş konsulu Muriel Domenak Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Fransanın Türkiyədəki səfirliyinin rəsmi internet saytında yerləşdirilən açıqlamada isə qeyd olunub: “Fransanın Türkiyədəki səfirliyi və İstanbuldakı baş konsulluğu iyulun 13-dən etibarən ikinci bir əmrə qədər qapalı olacaq. Təhlükəsizlik səbəbindən iyulun 13-də Fransanın milli bayramı – Bastiliyanın alınması günü münasibətilə İstanbul, İzmir və Ankara şəhərlərində keçirilməsi planlaşdırılan rəsmi qəbul proqramları ləğv edilib. Qərarla bağlı Türkiyə tərəfi məlumatlandırılıb. Hazırda Türkiyə rəsmiləri ilə təmasdayıq. Türkiyədə yaşayan fransızlara və bütün dəvətlilərimizə anlayışları üçün təşəkkür edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...