İlham Əliyev Fransua Ollanda başsağlığı verdi

İlham Əliyev Fransua Ollanda başsağlığı verdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.

Musavat.com-un Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, başsağlığında deyilir: "Nitsa şəhərində törədilmiş dəhşətli terror akt nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...