Türkiyə Nazirlər Kabinetinin binasında da axtarışlar başladı

Türkiyə Nazirlər Kabinetinin binasında da axtarışlar başladı

Türkiyə Nazirlər Kabinetinin binasında axtarışlar başlayıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, polis əməkdaşları paytaxt Ankaranın şəhərinin Willy Brandt küçəsində yerləşən əlavə xidməti binaya giriş-çıxışı məhdudlaşdırıblar.

Məlumatda xeyli sayda məmurun kimlik kartının müsadirə edildiyi və vəzifəsindən uzaqlaşdırıldığı bildirilir. Eyni zamanda, polislərin xeyli sayda sənədi araşdırılması üçün götürdüyü qeyd olunur. Axtarışların 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı olduğu vurğulanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...