Merkel təcili Təhlükəsizlik Şurasını toplayır

Merkel təcili Təhlükəsizlik Şurasını toplayır


Almaniya kansleri Angela Merkel Münhen teraktı ilə bağlı bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kanslerinin mətbuat katibi Peter Altmayer söyləyib.

Onun sözlərinə görə, artıq Nazirlər Kabinetinin üzvləri Berlinə toplanmağa başlayıblar.

Qeyd edək ki, dünən Münhendə “Olimpiya” ticarət mərkəzində terakt törədilib. İlkin ehtimallara görə, terakt zamanı 9 nəfər həlak olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...