Kılıçdaroğlu da Gülənin ekstradisiyasını tələb etdi

Kılıçdaroğlu da Gülənin ekstradisiyasını tələb etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edib. "Anadolu" agentliyinin verdiyi məlumata görə, K.Kılıçdaroğlu qeyd edib ki, F.Güləni Türkiyədə mühakimə etmək lazımdır.

Onun sözlərinə görə, əgər F.Gülən özünü günahsız hesab edirsə, Türkiyəyə gəlməli və məhkəmə qarşısında günahsızlığını sübut etməlidir. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
778 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...