Toy fotoları üçün 80 il gözlədilər

Toy fotoları üçün 80 il gözlədilər

1936-cı ildə evlənən Song Kinqlin (102) və Sonq Lişi (99) maddi vəziyyətləri yaxşı olmadığı toy edə bilməyiblər. Toy etmək onların ürəklərində hər zaman bir arzu olaraq qalıb.

Modern.az məlumat verir ki, Çinin Anhui şəhərində yaşayan, bir-birini sevən cütlük, evləndikdən 80 il sonra ənənəvi toy paltarlarını geyinib və şəkillər çəkdiriblər.

Evliliklərinin 80-ci il dönümünü qeyd edən romantik cütlüyə xəyallarını gerçəkləşdirməyinə könüllü gənc kömək edib.

Sosial mediada hər kəsin rəğbətini qazanan yaşlı cütlüyün 6 uşağı və 4 nəvəsi var.

Eyni evdə 4 fərqli nəslin yaşadığını ifadə edən yaşlı cütlük həyatlarından razı olduqlarını bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...