Daha bir general həbs olundu

Daha bir general həbs olundu

Fetullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinin istintaqı davam edərkən, Diyarbəkir 7-ci Kolordu Komandiri general-leytenant İbrahim Yılmaz həbs olunub.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkir Respublika Baş İstintaq idarəsinin 15 iyul hadisələri ilə bağlı FETÖ və PDY terror təşkilatlarının törətdikləri cinayət hadisələrinə görə Türk Cəza Qanununun (TCQ) 309, 312. və 314. maddələrinə uyğun olaraq başlatdığı istintaq davam edir.

İstintaq prosesində Diyarbəkirdə nəzarətə alınan 7-ci Kolordu Komandiri general-leytenant Yılmaz polisə ifadə verdikdən sonra növbətçi məhkəmə tərəfindən barəsində həbs qərarı verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...