Türkiyənin sabiq daxili işlər naziri həbs edilə bilər

 Türkiyənin sabiq daxili işlər naziri həbs edilə bilər


Türkiyədə Fətullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində (FETO) saxlanılan 158 əsgərdən 117-si Ankara Prokurorluğunun əmri ilə həbs edilib.

AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 18 əsgər həbsdən azad edilib, digər ittiham olunalar barədə isə məsələyə sabah baxılacaq. Bundan başqa əməliyyat çərçivəsində aralarında Bursanın keçmiş valisi Şahabettin Harput və keçmiş vilayət müdiri Ali Osman Kahya olmaqla 78 nəfər saxlanılıb. Eyni zamanda Türkiyənin sabiq daxili işlər naziri İdris Naim Şahin hərbi çevrilişə cəhdə görə həbs edilə bilər. O, həm də 2011-ci ilin dekabrında Şırnak vilayətində 34 sakinin ölümündə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...