Qiyamda ölənlərin ailələrinə 3 min lirə veriləcək

 Qiyamda ölənlərin ailələrinə 3 min lirə veriləcək


Türkiyədə hərbi çevrilişə cəhd zamanı həlak olanların ailələrinə və yaxınlarına 88 596 lirə kompensasiya veriləcək.

AzVision.az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, həlak olanların ailələri 3 min lirə, əlillərə dərəcələrinə görə 22 149 - 66 447 lira arası, yaralılara isə dərəcələrinə görə 17 719 lira təzminat ödəniləcək.

Eyni zamanda, məmurlardan ölənlərin yaxınlarına 30 il dövlət qulluğunda fəaliyyət göstərmiş kimi təqaüd veriləcək.

Həmçinin, digər dövlət qurumları həlak olanların yaxınları və tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan əlillərə 150 613 lira, başqa əlillərə isə 101 885 lira məbləğində əlavə təzminat ödəyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...