İsveçrə Avropa İttifaqından imtina etdi

İsveçrə Avropa İttifaqından imtina etdi


Avropa İttifaqı (Aİ) Şurası İsveçrədən bu quruma üzv olmasını nəzərdə tutan və 1992-ci ildə təqdim edilən ərizəsinin geri götürülməsi haqqında rəsmi bildiriş alıb.

Bu barədə Aİ Şurasından məlumat verilib.


Bildirilir ki, İsveçrənin 24 il əvvəl təqdim edilmiş ərizəsinin geri götürülməsi haqqında bildiriş Şuraya ötən həftə daxil olub.

İsveçrə üzvlüyü barəsində ərizəsini 1992-cü ildə Avropanın rəsmi qurumlarına təqdim edib. Xatırladaq ki, Avropa İttifaqı 1993-cu ildə yaradılıb. Ərizə təqdim edildikdən sonra İsvecrədə referendum keçirilib və əhalinin əksər hissəsi Avropa iqtisadı məkanı ilə yaxınlaşmanı dəstəkləməyib. İnteqrasiya prosesləri dayandırılıb və üzvlük əvəzində İsveçrə və yeni yaranan Aİ arasında ikitərəfli sazişlər imzalanıb. (Trend)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...