Con Kerri Rio-de-Janeyroya gedəcək

Con Kerri Rio-de-Janeyroya gedəcək

XXXI Yay Olimpiya Oyunlarının açılış mərasiminə 45 dövlət və hökumət başçıları qatılacaq. Bu barədə AFP yazır. Latin Amerikası ölkələrindən öz iştiraklarını Argentina və Paraqvay prezidentləri təsdiq edib. Avropa dövlət başçılarından açılış mərasimində Almaniya, Fransa və Portuqaliya prezidentləri iştirak edəcək. ABŞ adından dövlət katibi Con Kerrinin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...