Azərbaycan cüdoçusu olimpiadaya qələbə ilə başlayıb

Azərbaycan cüdoçusu olimpiadaya qələbə ilə başlayıb


Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Səfərov 1/16 finalda perulu Xuan Postiqosu xal hesabı ilə yenib.

Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı əldə edib.
Qeyd edək ki, Orxan Səfərov 1/8 finalda qırğızıstanlı Otar Bestayevlə qarşılaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...