“Yuşşenkonun rusları durdurmağa gücü çatmadı…”

“Yuşşenkonun rusları durdurmağa gücü çatmadı…”


Ukraynanın eks-prezidenti Viktor Yuşşenkonun 2008-ci ildə Krımdan Rusiyaya gedən hərbi donanmanın qarşısını almaq üçün iradəsi yetmədi.

Axar.az xəbər verir ki, bunu “112 Ukrayna” televiziyasına müsahibəsində Ukrayna Baş Qərargah rəisinin eks-müavini general İqor Romanenko söyləyib.

Onun sözlərinə görə, 2008-ci ildə Ukrayna hərbçiləri rus gəmilərinin Gürcüstana getməməsi üçün əllərindən gələn hər şeyi etdilər:

“Bir sıra texniki məsələlər rus donanmasının Sevastopoldan çıxmasını əngəlləyə bildi. Ruslar çox güclü idilər. Onlar Gürcüstanın limanlarına yaxınlaşdılar və bir neçə gürcü gəmisini batırdılar Yuşşenko əmrlə Qara dəniz donanmasının qarşısını almaq niyyətində idi. Rusiya buna imkan vermədi. Onun əmri 13 avqustda peyda oldu. Maraqlı məqam orasıdır ki, rus gəmiləri Gürcüstana bu əmrdən 5 gün əvvəl getmişdilər. Əmr çıxan günü isə Medvedyev artıq Gürcüstanda rəsmi atəşkəs elan etmişdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...