Şoyqu: “NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını aldıq”

Şoyqu: “NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını aldıq”


“Rusiyanın atdığı addımlar NATO-nun Suriyaya qanadlı raket zərbələrinin qarşısını almağa imkan verib”.

APA-nın məlumatına görə, bunu “Rossiya 24” telekanalının efirində Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Suriya ilə bağlı durum dəyişirdi. Siz özünüzə sual versəniz ki, prezidentimiz kimyəvi silahın təhvil verilməsi ilə bağlı ideyanı reallaşdıra bilməsəydi, nə baş verəcəkdi? Orada 624 qanadlı raket hazır vəziyyətdə idi”, - deyə nazir vurğulayıb.

Şoyqu qeyd edib ki, bu cür miqyaslı zərbə endirilsəydi, Suriyada dövlət strukturunu bərpa etmək çox çətin olacaqdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...