Türkiyə parlamentində həyəcan siqnalı - Polis parlamentin qapılarını bağladı...

Türkiyə parlamentində həyəcan siqnalı -


Bu dəqiqələrdə təhlükəsizlik tədbirləri səbəbilə Türkiyə parlamentinin qapılarının girişləri bağlanılıb. Avropa.info xəbər verir ki, baş nazir Binalı Yıldırım AKP-nin qrup toplantısında danışarkən parlamenti mühafizə edən polis briqadasına həyəcan siqnalı verilib. Hazırda parlamentə heç kim buraxılmır.

Məlumatlara görə, Hakkari və Şırnakın şəhər statusunun alınmasına etiraz edən PKK-nın siyasi qolu HDP yönümlü bir qrup parlament qarşısına hərəkət edir. Bu qrupun parlamentdəki HDP-çi deputatlara qoşularaq Məclisə girmək istəmələri səbəbindən parlamentin qapılarının bağlandığı qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...