FETÖ ilə əlaqəsi olan A101 marketlər şəbəkəsinin sahibi saxlanıldı

FETÖ ilə əlaqəsi olan A101 marketlər şəbəkəsinin sahibi saxlanıldı


FETÖ təşkilatı ilə mübarizə çərçivəsində İstanbul polisi növbəti həbsləri həyata keçirib.

Avropa.info xəbər verir ki, A101 marketlər şəbəkəsinin idarə heyətinin sədri Turqut Aydın Maçka ilçəsində öz evindəcə həbs olunub. Turqut Aydının həbsindən sonra İstanbul Polis İdarəsinə təhvil verildiyi bildirilir. Kartal Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq işi çərçivəsində Maliyyə Cinayətləri Quruluşunun hesabatı çərçivəsində A101-in sahibi Turqut Aydının həbs olunması qərarı çıxarılıb. FETÖ/PDY-ə maddi dəstək verdiyi bildirilən holdinqin 51 şirkət vəzifəlisi və A101 marketlər şəbəkəsinə şərikli olan və onlarla birgə iş görən 113 şəxs haqda saxlanılmaq qərarı verilib.

Bu gün aparılan əməliyyat zamanı “Akfa Holding” ilə A101 şirkətinin sahibi arasında əlaqə müəyyən edilib. “Akfa Holding”ə qarşı aparılan araşdırmalar nəticəsində A101 marketlər şəbəkəsi də axtarış aparılan şirkətlər siyahısına daxil edilib.
İyul ayı statistikasına görə, A101 şəbəkəsinin ümumilikdə 6300 mağazası var.

A1001-in keçmiş sərmayədarları arasında gülənçilərə məxsus “Bank Asya” da olub. Bank 2 il əvvəl A1001-dəki payını satmaq qərarı verib. “Banka Asya” “Yeni Mağazaçılık” korporasiyasındakı 18%-lik payını 298 milyon lirəyə Aydın Ailəsinə satıb.

Aydın Ailəsinin A1001 ilə ilk ortaq işi 2009-cu ildə gerçəkləşib.

A101-i idarə edən “Yeni Mağazaçılık” şirkətinin idarəetməsində Turqut, Ahmet Yaşar və Ayhan Aydın yer alır. Şirkətin 104 milyon lirəlik qeydiyyatda olan sərmayəsi var. Tekstil, səhiyyə, pərakəndə satış sektorlarında Aydın Ailəsinə məxsus xeyli sayda şirkət var.

A101-in Türkiyə miqyasında 33 region üzrə müdiriyyəti var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...