Hakan Şükür barədə həbs qərarı verildi

Hakan Şükür barədə həbs qərarı verildi


Fətullah Gülən Terror Təşkilatı ilə bağlı başlayan istintaq-əməliiyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə komandasının və "Qalatasaray”ın əfsanəvi futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb.

Olimpsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, veteran hücumçuya qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib.

Qeyd edək ki, Hakan Şükürün atası Selmet Şükür ötən cümə günü saxlanılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...