Türkiyədə Çevik Polis İdarəsi partladılıb, 9 nəfər ölüb, 64 nəfər yaralanıb

Türkiyədə Çevik Polis İdarəsi partladılıb,


Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb

***

Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.

APA-nın yerli mətbuata istindən xəbərinə görə, idarədə güclü partlayış törədilib. Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub. Hazırda ərazidə atışma səsləri eşidilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...