Türkiyənin Suriyaya hərbi müdaxiləsinə İrandan reaksiya

Türkiyənin Suriyaya hərbi müdaxiləsinə İrandan reaksiya


Türkiyənin Suriyadakı terrorçu quruplara qarşı keçirdiyi “Fərat Qalxanı” hərbi əməliyyatlarına İran rəsmi dairələrindən də münasibət bildirilib.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İranın Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Kasimi əməliyyatla bağlı yazılı açıqlama yayıb. Qeyd olunub ki, hərbi əməliyyatlar Suriya hakim dairələri ilə razılaşdırıldıqdan sonra həyata keçirilməlidir.

“Suriya torpaqlarında terrrorçu quruplarla mübarizə, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun aparılmalıdır. Həmin ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşılmalıdır. İran olaraq terrorizimlə mübarizənin dövlətlərarası bir məsuliyyət olduğuna və bu mənfur birləşmələrə qarşı region ölkələrinin qarşlıqlı əməkdaşlıq etmələrinin zəruriliyinə inanırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...