Suriyada 24 kənd İŞİD-dən azad edilib

Suriyada 24 kənd İŞİD-dən azad edilib


Türkiyə Suriyanın Cerablus bölgəsində hərbi əməliyyatları davam etdirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən edilən açıqlamada, Suriyanın Cerablus bölgəsində terrorçulara aid 21 hədəfin 108 atəşlə vurulduğu qeyd olunub. Həmçinin 23 kəndin tamamən İŞİD terrorçularından təmizləndiyi bildirilib.

Qeyd edək ki, avqustun 24-də Türkiyə Müdafiə Nazirliyi və koalisiya hərbi hava qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinə bağlı Cerablus bölgəsinin terror təşkilatı İŞİD-dən təmizlənməsi məqsədilə hərbi hərəkat başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...