Rusiya XİN "Qarabağ məsləhətləşmələri"nə başlayır

Rusiya XİN "Qarabağ məsləhətləşmələri"nə başlayır

Moskvada sentyabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin məsləhətləşmələri keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin nazirlik rəhbərliyi ilə görüşü olacaq. "Münaqişənin həlli üzrə aktual məsələlər müzakirə ediləcək. Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriləcək", - deyə M.Zaxarova bildirib.

XİN sözçüsü vurğulayıb ki, görüşün məqsədi münaqişənin həlli üzrə üç tərəfin səylərinin koordinasiya edilməsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...