208 diplomat geri çağırılıb, onlardan 30-u ölkəyə dönməyib - Türkiyə XİN

208 diplomat geri çağırılıb, onlardan 30-u ölkəyə dönməyib -


Hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən geri çağırılan, ancaq heç bir səbəb göstərmədən ölkəyə qayıtmayan diplomatların adları açıqlanıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə XİN ümumilikdə 208 diplomatı geri çağırıb, onlardan 30-u ölkəyə dönməyib.

Diplomat kimi vəzifədə olduqları ölkələrdən başqa ölkələrə qaçdıqları dəqiqləşən 30 diplomat vəzifədən və diplomat rütbəsindən azad edilib. Onların arasında Türkiyənin Avropa Birliyindəki daimi nümayəndəliyində müşavir kimi çalışmış Əzizə Sargin, Türkiyənin Böyük Britaniyadakı səfirliyində müşavir olmuş Ömər Murat və müşavir Hüseyin Doğan, eləcə də ikinci katib statusunda olan 14 diplomat, üçüncü katib statusunda olan 6 diplomat, baş katib statusunda olan 1 diplomat, konsul müavini statusunda olan 5 diplomat, attaşe statusunda 1 diplomat da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...