Kılıçdaroğluna qarşı terror əmri verən şəxs - FOTO

Kılıçdaroğluna qarşı terror əmri verən şəxs -

Türkiyə müxalifətinin lideri, Cumhurriyyətçi Xalq Partiyasının sədri Kamal Kılıçdaroğluna qarşı həyata keçirilmiş hücumun PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı məlum olub. Lent.az-ın məlumatına görə, 25 avqustda Artvinin Savtaş rayonunun Yanıqlı kəndində K.Kılıçdaroğluna qarşı silahlı hücum etmiş şəxslərə təlimatın “Türk Tarık” ləqəbli terrorçu Barış Önerin verdiyi üzə çıxıb.

Bildirilir ki, bir sıra qanlı aktlarda adı hallanan bu terrorçunun başına dövlət 1 milyon lirə pul qoyub. Qeyd edək ki, K.Kılıçdaroğlunun avtomobilinin də olduğu konvoya silahlı hücum zamanı bir polis şəhid olub, 2 əsgər isə yaralanıb. Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində iş aparılır.


Kılıçdaroğluna qarşı terror əmri verən şəxs -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...