Mosul əməliyyatı planının detalları məlum oldu
Mosulun İŞİD-dən alınması ilə bağlı aparılacaq hərbi əməliyyatın detalları məlum olub
Avropa.info xəbər verir ki, 120 min hərbçinin iştirak edəcəyi əməliyyatda ordunun ön sırasında sünni əsgərlər və könüllülər yer alacaq. Şiə əsgərlər isə şəhərə dəstək qüvvə kimi daxil olacaqlar. Peşmərgə isə arxa müdafiə xəttini formalaşdıracaq.
Türkiyənin hərbi əməliyyata birbaşa qatılmaması halında belə sünni, sabiq Mosul valisi Asil Nuceyf liderlik etdiyi “Haşdi Vatani” qüvvələri üzərində söz sahibi olacaq. Əməliyyat bitdikdən sonra Mosul bölünəcək və yezidilərin yaşadığı Şengal rayonu ayrıca vilayət olacaq.
Türkiyənin Mosul əməliyyatına qatılmaq istəməsi İraq hakimiyyətindəki şiələrin etirazına səbəb olub. Sünni “Haşdi Vatani” qüvvələrinin təlimi üçün Başika düşərgəsində olan türk hərbi təlimçiləri yerli kürd hakimiyyəti ilə təmasları bərpa edib. Mosul əməliyyatında iştirak edəcək peşmərgə şəhərdə kürdlərin yaşadığı yerləri nəzarət altına almağa çalışacaq.
761 dəfə oxundu