ABŞ Rusiyanın daha bir böyük şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiyanın daha bir böyük şirkətinə sanksiya tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi yanında xarici aktivlərə nəzarət idarəsi (Office of Foreign Assets Control, OFAC) Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, müvafiq sənəd idarənin (OFAC) saytında yerləşdirilib. Sanksiya siyahısına ilk dəfə olaraq Rusiya dövlətinin “Qazprom”, “Qazpromneft”, “Lukoyl”, “Transneft” və “Surqutnefteqaz” kimi iri enerji şirkətlərinin adları salınıb. Sektoral sanksiyalar bu şirkətlərə Arktika şelfində, şist yataqlarında və dərin sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiya və məhsulların satışını qadağan edir.

Qeyd edək ki, bir gün əvvəl Kanada hökuməti 3 Rusiya vətəndaşı və 14 hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Sanksiyalar Avrasiya Gənclər İttifaqının rəhbərləri Aleksandr Duqin, Pavel Kanişşev və Andrey Kovalenkoya, “Noçnıye volki” bayker klubuna, “Qazprom”, “Qazpromneft”, “Transneft”, “Surqutnefteqaz”, “Oboronprom”, “Birləşmiş Aviatikinti Korporasiyası” və digər şirkətlərə şamil olunub.

Xatırladaq ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Krımın ilhaqı və Donbass müharibəsi ilə əlaqədar 2014-cü ilin yazından tətbiq olunmağa başlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...