ABŞ Türkiyə üçün “İncirliy”i açır

ABŞ Türkiyə üçün “İncirliy”i açır


Türkiyə hakimiyyəti İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının mövqelərinə zərbə endirmək məqsədilə ABŞ-la razılığa gəlib. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda amerikalı rəsmilər xəbər verib.

Yayılan məlumatlarda ABŞ-ın Türkiyəyə İŞİD-ə zərbələr endirmək məqsədilə özünün hərbi hava bazalarından birini verməyə hazır olduğu məlum olub. Amerikalı mənbə qeyd edib ki, bundan ötrü rəsmi sənəd imzalamaq lazımdır. Bu cür əməkdaşlıqla bağlı konkret razılaşma ABŞ prezidenti Barak Obamanın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bu həftənin üçüncü günü telefon danışığını zamanı əldə edilib. Söhbət Suriya ilə sərhədə yaxın yerləşən “İncirlik”dəki hərbi bazadan gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1102 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...