Qazaxıstan ÜTT-yə üzv oldu

Qazaxıstan ÜTT-yə üzv oldu


Bu gün Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı rəsmi mərasim keçiriləcək.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin spikeri Kasım-Jomart Tokaev öz `Twitter` səhifəsində yazıb. O, həmçinin bildirib ki, Qazaxıstanın rəsmən ÜTT-yə üzv olması mərasimində şəxsən ölkə prezidenti Nursultan Nazarbayev də iştirak edib. Artıq qazax lider bu məqsədlə İsveçrənin Cenevrə şəhərinə gəlib. Üzvlülüklə bağlı sənədin ratifikasiya olmasından 30 gün sonra Qazaxıstan rəsmi olaraq ÜTT-ün 162-ci üzvü olacaq.

Qeyd edək ki, Azərbaycan hazırda bu təşkilata üzv olmaqla bağlı danışıqları hələ də davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...