ABŞ-ın dəhşət saçan silahı təqdim olundu VİDEO

ABŞ-ın dəhşət saçan silahı təqdim olundu


ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) "Virciniya" tipli yeni sualtı qayığı öz arsenalına qəbul edib.

Azvision.az "CNN"-ə istinadən xəbər verir ki, "Con Uorner" adı verilən qayıq ABŞ-ın "ən ölümcül" silahlarından biri hesab olunur. Onun su basımı 7800 tondur, o 500 metr dərinliyə qədər enə bilər. Sualtı qayıq "Tomaqavk" qanadlı raketini buraxmaq üçün 12 işəsalma qurğusu, həmçinin MK 48-in ağır torpedaları üçün dörd bölmə ilə təchiz olunub.

Bundan əlavə sualtı qayıq pilotsuz uçan qurğularda havaya buraxa bilər. Belə bir sualtı qayığın qiyməti iki milyard dollardır. "Bu bizim arsenalımızda olan ən texnoloji və ölümcül silahdır", - deyə ABŞ admiralı Conatan Hernet bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...