Üç suriyalı qanunsuz yolla Azərbaycana keçmək istədi

Üç suriyalı qanunsuz yolla Azərbaycana keçmək istədi


Gürcüstanın sərhəd polisinin əməkdaşları Gürcüstan-Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd edən üç Suriya vətəndaşını saxlayıb. Bu barədə AzVision.az “Sputnik-Georgia” saytına istinadla xəbər verir.

“İstintaq müəyyən edib ki, saxlanılan şəxslər dövlət sərhəd keçid məntəqəsindən yan keçməklə Gürcüstan sərhədini Azərbaycan Respublikası istiqamətində qanunsuz keçməyə cəhd ediblər”, - deyə deyə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd faktı üzrə istintaq işi aparılır. Günahları sübut olunacağı təqdirdə Suriyalıları dörd ildən beş ilədək həbs gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1066 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...