Rusiya-Gürcüstan müharibəsindən 7 il keçdi

Rusiya-Gürcüstan müharibəsindən 7 il keçdi


Avqustun 8-də Rusiya Gürcüstan müharibəsinin başlamasından 7 il keçir.

2008-ci il avqustun 8-nə keçən gecə Tbilisinin Cənubi Osetiyada və Abxaziyada nəzarəti bərpa etmək cəhdlərindən sonra Rusiya silahlı qüvvələri Gürcüstana daxil olub. Müstəqil mənbələrin verdiyi, təsdiqlənməmiş məlumatlara görə, münaqişə zamanı təxminən min adam ölüb. Beş günlük müharibənin sonunda Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Eləcə də sözügedən bölgəyə əlavə hərbçi və silah-sursat yerləşdirib.

Rusiya, Nikaraqua, Venesuela və Naurudan başqa bütün dövlətlər Cənubi Osetiyanı və Abxaziyanı Gürcüstan ərazisi kimi qəbul edir. İki ölkə arasında diplomatik əlaqə qırılsa da, 2012-ci ilin sonlarında Rusiya-Gürcüstan ticarət, iqtisadiyyat və humanitar məsələlər üzrə dialoqu bərpa edə biliblər. Gürcüstanın ərazi bütövlüyü məsələsi Tbilisinin, Moskvanın, eləcə də Abxaziya və Cənubi Osetiyanın iştirakıyla 2008-ci ilin oktyabrından Cenevrə diskussiyası adı altında mütəmadi müzakirə edilir. Bu danışıqlara BMT, Avropa Birliyi, ATƏT və ABŞ da qoşulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...